Hindistanda partlayış: 25 nəfər həlak oldu, yaralılar var
Dünya
Hindistanın cənubunda yerləşən Tamil-Nadu ştatında pirotexniki vasitələr istehsal edən fabrikdə partlayış baş verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı binada olan 40 işçidən 25-i həyatını itirib.
Yaralılar xəstəxanalara çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir və faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə, faciəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub.