Suriya Prezidenti aktrisanı deputat təyin etdi

Suriya Prezidenti aktrisanı deputat təyin etdi Dünya

Suriya Prezidenti Əhməd əş-Şəra keçid dövründə fəaliyyət göstərəcək 210 nəfərlik Xalq Məclisinin 70 üzvünü birbaşa təyin edib.

News24.az xəbər verir ki, təyin olunanlar arasında tanınmış aktrisa Rozina Lazkani də var.

36 yaşlı Lazkani sosial şəbəkə hesabında paylaşım edərək prezidentin etimadını doğrultmaq üçün məsuliyyətlə çalışacağını və Suriyanın yenidən qurulması prosesində xalqa xidmət etməyə səy göstərəcəyini bildirib.

Məlumata görə, prezidentin təyin etdiyi şəxslər arasında qadınlar, vətəndaş müharibəsində yaxınlarını itirənlər, keçmiş məhbuslar və Bəşər Əsəd hakimiyyəti dövründə kimyəvi hücumlardan sağ çıxanlar da yer alıb.

Təyin olunan 70 deputatdan 15-i qadındır.

Seçkilərlə müəyyənləşdirilən daha 6 deputatla birgə Xalq Məclisində qadınların sayı 21-ə çatıb.

Yeni parlamentin Suriyanın keçid dövründə siyasi sistemin formalaşmasında mühüm rol oynayacağı gözlənilir.