Hollandiyada müsəlmanların gizli izlənməsi üzə çıxdı
Dünya
Hollandiyada 10 bələdiyyə müsəlman icmaları barədə gizli məlumat topladığına görə 250 min avro məbləğində cərimələnib.
News24.az xəbər verir ki, aparılan araşdırma nəticəsində bələdiyyələrin insanların dini inancları, məzhəbi və şəxsi məlumatlarını onların xəbəri olmadan topladığı, həmçinin bu məlumatları polis, Milli Terrorla Mübarizə Xidməti və Sosial İşlər Nazirliyi ilə paylaşdığı müəyyən edilib.
Avropa Parlamentinin prezidenti Aleid Volfsen bildirib ki, bu cür gizli müşahidə və araşdırmalar qanunsuzdur və vətəndaşların şəxsi həyatının toxunulmazlığına ciddi zərbə vurur.