Hoqvartsa dönüş: "Harri Potter" serialının ilk reklamı yayımlandı – VİDEO

Hoqvartsa dönüş: "Harri Potter" serialının ilk reklamı yayımlandı – VİDEO Dünya

“HBO” məşhur “Harry Potter” dünyasına yeni nəfəs gətirir. Şirkət qarşıdan gələn serialın ilk treylerini yayımlayıb. Birinci mövsümün premyerası dekabrın 25-nə planlaşdırılıb.

News24.az xəbər verir ki, kadrlarda Rubeus Haqrid Harriyə sehrli dünya haqqında danışır və onun valideynləri ilə bağlı sirli məqamları açıqlayır. Daha sonra Harri məşhur 9¾ platformasından keçərək qatarla Hoqvartsa yollanır.

Qatarda o, Ron Uizli və Hermiona Qreyncer ilə tanış olur. Treylerdə üçlüyün Hoqvartsı kəşf etməsi, kviddiç süpürgəsi, həmçinin Albus Dambldor, Severus Sneyp, Draqo Malfoy və digər tanış obrazlar da göstərilir.

Serialda baş rolu Dominik MakLaflin canlandırır. Onunla yanaşı Alaster Staut (Ron) və Arabella Stenton (Hermiona) çıxış edir. Süjet boyu onlar dostluq qurur və Lord Voldemort təhlükəsi ilə üzləşirlər.

Aktyor heyətində həmçinin John Litqou (Dambldor), Paapa Esseydu (Sneyp), Janet Maktir (Makqonaqall), Nik Frost (Haqrid) və digərləri yer alır.

Layihə C.K.Roulinqin kitabları əsasında hazırlanır və hər mövsüm yeddi kitabdan birinə həsr olunacaq. Çəkilişlər Böyük Britaniyada “Warner Bros. Studios Leavesden” studiyasında aparılıb. (Variety)