Hər kilometrə 170 hərbçi… – Zelenski ilk dəfə açıqladı
Dünya
Ukrayna müharibədə uduzmur. Rusiya ordusu isə böyük itkilər verir.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
Zelenskinin sözlərinə görə, işğal edilən hər bir kilometr Ukrayna torpağı Rusiyaya 170 hərbçinin həyatı bahasına başa gəlir.
Ukrayna lideri həmçinin bildirib ki, Kiyev ABŞ-nin təşəbbüslərini dəstəkləyir ki, heç kim Ukraynanın müharibənin davamında maraqlı olduğunu düşünməsin.
“Bizə deyəndə ki, gəlin təcili görüşək – cavab veririk: əlbəttə. Cəbhə xəttini dondurmaq? Hazırıq. Kompromislər? Yalnız qarşı tərəf də hazırdırsa”, – Zelenski qeyd edib.
O, “azad iqtisadi zona” və qoşunların geri çəkilməsi ilə bağlı təkliflərə də münasibət bildirib: “Bu, bizim üçün sadəcə öz ərazimizi tərk etmək deməkdir. Mən bunda ədalət görmürəm”.