Hulusi Akar Stoltenberqlə görüşüb

Hulusi Akar Stoltenberqlə görüşüb Dünya
Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

News24.az  Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş Brüsseldə “Ukraynanın Müdafiəsi Təmas Qrupunun iclası” çərçivəsində baş tutub. Görüşdə regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.