İki ölkə arasında müharibə başlayarsa... - Kissincer

İki ölkə arasında müharibə başlayarsa... - Kissincer Dünya
“Tarix daim göstərir ki, ABŞ və Çin bir-birini düşmən kimi qəbul edə bilməz”.

News24.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer Pekində Çinin müdafiə naziri Li Şanqfu ilə görüşündə deyib.

“İndiki dünyada imkanlarla yanaşı çağırışlar da mövcuddur. Çin və ABŞ bütün anlaşılmazlıqları aradan qaldırmalı, dinc yanaşı yaşamalı və qarşıdurmalardan qaçmalıdır. Tarix və təcrübə daim göstərir ki, ABŞ və Çin bir-birinin düşməni ola bilməz”, - Kissincer bildirib.

Kissincer onu da qeyd edib ki, iki ölkə arasında müharibə başlayarsa, bu, hər iki tərəfə ciddi nəticə verməyəcək.

“Hər iki tərəf müdrik olmalı, birlikdə işləməli və inkişaf etməlidir. İki ölkənin orduları əməkdaşlığı gücləndirməli, ölkələr arasında münasibətlərin inkişafı üçün müsbət nəticələr əldə etmək, bütün dünyada sülh və sabitliyi qorumaq üçün bütün səyləri göstərməlidir”, - Kissincer bildirib.

Akqabay