İki qırıcı təyyarə qəzaya uğradı, - Təyyarələrdən birinin pilotu tapıldı - YENİLƏNİB
Dünya
Fransada toqquşan iki "Mirage" hərbi təyyarəsinin pilotlarından biri tapılıb.
News24.az xəbər verir ki, xarici KİV onun yaralı olduğunu bildirir.
Toqquşan iki qırıcının göyərtəsində üç nəfər olub.
***
Fransanın şimal-şərq hissəsində Hərbi Hava Qüvvələrinə məxsus “Mirage” markalı iki qırıcı təyyarə qəzaya uğrayıb.
News24.az APA-ya istnadən xəbər verir ki, bu barədə “L'Est Republican” nəşri internet səhifəsində məlumat verib.
Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargahından verilən məlumatda deyilir ki, hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.