İlbər Ortaylının vəziyyəti necədir?

İlbər Ortaylının vəziyyəti necədir? Dünya

Türkiyəli tarixçi-alim İlbər Ortaylı infarkt keçirməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

News24.az xəbər verir ki, alim bu barədə “X” platformasındakı hesabında paylaşım edib.

Ortaylı qeyd edib ki, sadəcə müayinə üçün xəstəxanaya müraciət edib və narahatlıq üçün əsas yoxdur.

Xatırladaq ki, dünən Türkiyə KİV-də İlbər Ortaylının infarkt keçirdiyi və vəziyyətinin ağır olduğu barədə məlumatlar yayılmışdı.


Nilufər