İndoneziyada güclü zəlzələ oldu - Ölənlər var
Dünya
İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 5 nəfər ölüb.
News24.az xəbər verir ki, zəlzələ nəticəsində yaşayış və dövlət binaları zədələnib.
Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru ölənlərin uçmuş binaların dağıntıları altında qaldığını bildirib.
Qeyd edək ki, zəlzələdən sonra çoxsaylı afterşoklar qeydə alınıb.