İngiltərə elan etdi: Rusiya ordularını cənubda birləşdirir
Dünya
Britaniya kəşfiyyat hesabatında Rusiyanın Krımda və Xersonda fəaliyyət göstərən qoşunlarını birləşdirərək yeni ordu quracağını iddia edib.
News24.az "Hüriyyet"-ə istinadla xəbər verir ki, bu yeni birləşmə çox güman ki, 18-ci Birləşmiş Silah Ordusu (18 CAA) olacaq.
Çox güman ki, hazırda Xerson vilayətində fəaliyyət göstərən digər qoşunlar, o cümlədən Rusiyanın işğal olunmuş Krımda qarnizonunu təşkil edən 22-ci korpus da birləşdiriləcək.
Hesabatda bildirilir ki, planlaşdırılan 18 CAA-nın Ukraynanın cənubundakı müdafiə əməliyyatlarına fokuslanacağı və “18 CAA-nın əsasən səfərbər edilmiş heyətdən ibarət olacağı və Ukraynanın cənubundakı müdafiə təhlükəsizliyi əməliyyatlarına diqqət yetirəcək.
Aydan