İordaniyada keçiriləcək görüş ləğv olundu - RTV VİDEO
Dünya
ABŞ prezidenti Co Baydenin də iştirak edəcəyi dördtərəfli görüş ləğv olunub.
RTV-nin “The Times of Israel”ə istinadən xəbərinə görə bu barədə İordaniya hökumətindən məlumat verilib.
Qəzzada xəstəxananın vurulmasından sonra Fələstin lideri Mahmud Abbas toplantıya qatılmaqdan imtina edib.
Bu arada, Co Bayden İsrailə yola düşüb. Buradan isə onun İordaniyadakı dördtərəfli görüşə qatılacağı gözlənilirdi.
Sözü gedən müzakirələrdə kral II Abdullah, Fələstin və Misir prezidentləri də iştirak etməli idi.