İran bu proqramı ləğv etməlidir - ABŞ
Dünya
İran hökuməti nüvə zənginləşdirmə və silah proqramını ləğv etdiyini nümayiş etdirməlidir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz deyib.
“ABŞ Prezidenti Donald Tramp İranın dini lideri Əli Xameneiyə yazdığı məktubda İranla bağlı iki yolu olduğunu açıqlayıb: hərbi seçim və ya razılaşma əldə etmək! Ümid edirik ki, İran hökuməti öz xalqını və maraqlarını üstün tutacaq", - Hyuz bildirib.