İran distant təhsilə keçir

İran distant təhsilə keçir Dünya

İranda fəaliyyət göstərən bütün məktəblər və ali təhsil müəssisələri distant təhsil formatına keçirilir.

News24.az xəbər verir ki, qərar aprelin 21-dən etibarən qüvvəyə minəcək və ibtidai məktəblərdən başlayaraq universitetlərə qədər bütün təhsil pillələrini əhatə edəcək.

Bu qərarın qeyri-müəyyən müddətə, növbəti rəsmi açıqlamaya qədər qüvvədə olacağı bildirilib. Hazırda qərarın rəsmi səbəbləri açıqlanmayıb.

İran hakimiyyəti yalnız addımın ölkədəki mövcud vəziyyət nəzərə alınaraq atıldığını qeyd edib. Bildirilib ki, şagird və müəllimlərin onlayn təhsil sisteminə uyğunlaşdırılması üçün texniki hazırlıq işləri aparılır. /Tasnim News/