İran ərəb ölkələrini BMT-yə şikayət etdi

İran ərəb ölkələrini BMT-yə şikayət etdi Dünya

İran regionun bir sıra ərəb dövlətlərini ABŞ və İsrailin hərbi əməliyyatlarına dəstək verməkdə ittiham edərək Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi şikayət məktubu ünvanlayıb.

News24.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani tərəfindən göndərilən məktubda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Qətər və Küveytin adları xüsusi qeyd olunub. İddia edilib ki, fevralın 28-dən başlayan hərbi əməliyyatlar zamanı sözügedən ölkələr öz ərazilərini və hava məkanını İrana qarşı zərbələr endirilməsi üçün ABŞ və İsrail qüvvələrinin istifadəsinə veriblər.

Səid İrəvani vurğulayıb ki, bu addımlar beynəlxalq hüquq normalarına və "mehriban qonşuluq prinsiplərinə" tamamilə ziddir. O, BMT Təhlükəsizlik Şurasını bu məsələyə müdaxilə etməyə çağırıb. O bildirib ki, İran öz suverenliyini qorumaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qətiyyətli cavab vermək hüququnu saxlayır.