İran ilk dəfə etiraf etdi: Nüvə obyektləri dağılıb...

İran ilk dəfə etiraf etdi: Nüvə obyektləri dağılıb... Dünya


İranın nüvə obyektləri ABŞ və İsrailin zərbələri nəticəsində ciddi ziyan görüb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “Əl-Cəzirə” telekanalına deyib.

“Bəli, bizim nüvə obyektlərimizə ciddi ziyan dəyib”, - o bildirib.

İranın nüvə obyektlərinin, xüsusən də ən qorunan Fordoun vəziyyəti ilə bağlı təfərrüat açıqlanmayıb.