İran İsraili bu səbəbə ittiham etdi
Dünya
İranın neft naziri Cavad Ouci fevralın 14-də İsraili ölkənin magistral qaz kəmərini pozmaq üçün təxribat törətməkdə ittiham edib.
News24.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, qaz kəmərinin yalnız bir neçə qoluna ziyan dəyib və İsrail təxribat törətmək məqsədinə nail olmayıb.
Qeyd edək ki, fevralın 14-də gecə saat 1 radələrində İranın Çeharmehal və Bəxtiyariya əyalətlərində magistral qaz kəməri xəttində iki partlayış baş verib, ardınca yanğın baş verib. Neft naziri hadisəni təxribat adlandırıb.
Mehriban Mirzəzadə