"İran nə mübarizə meydanını, nə də danışıqlar masasını tərk etməyib"

"İran nə mübarizə meydanını, nə də danışıqlar masasını tərk etməyib" Dünya

“Bizim prioritetimiz milli təhlükəsizlik və xalqımızın əmin-amanlığıdır. Biz millətin hüquqlarını qətiyyətlə müdafiə edəcəyik və heç bir təhdid qarşısında geri çəkilməyəcəyik”.

News24.az xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsində yazıb.

“Diplomatiya və müdafiə milli gücün iki qanadıdır; biz nə mübarizə meydanını, nə də danışıqlar masasını tərk etmişik. İnşallah, birlik və sağlam düşüncə sayəsində İran bu sınaqdan da qalib çıxacaq”, - deyə Pezeşkian vurğulayıb.