İran onları "terror təşkilatları" elan etdi

İran onları "terror təşkilatları" elan etdi Dünya

İran Avropa Birliyi ölkələrinin dəniz və hava qüvvələrini terror təşkilatları elan edib.

News24.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bütün Avropa Birliyinə üzv dövlətlərin dəniz və hava qüvvələrini terror təşkilatları kimi tanıyıb.

Qərar Avropa Birliyinin SEPAH-ı terror təşkilatı kimi tanımasına cavab olaraq "qarşılıqlılıq prinsipi əsasında" verilib.

Nazirlik qeyd edib: "Avropa Birliyininin qərarını beynəlxalq hüquq və normaların pozulması hesab edirik".