İran qələbəni qeyd etməyə hazırlaşır

İran qələbəni qeyd etməyə hazırlaşır Dünya

İranlılar tezliklə ABŞ ilə münaqişədə qələbəni qeyd edəcəklər.

News24.az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bildirib.

“Tezliklə biz qələbəni qeyd edəcəyik və xalqımızın son illərdə məruz qaldığı sanksiyalar və təzyiqlər İran xalqının böyük qələbəsi ilə aradan qaldırılacaq”, - deyə Arif bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında üç Amerika esminesi ilə bağlı insident fonunda Amerika və İran arasında atəşkəs rejiminin hələ də qüvvədə olduğunu açıqlamışdı.

“Atəşkəs davam edir. O qüvvədədir”, - deyə Tramp “ABC News” telekanalına bildirib.

Daha sonra o, jurnalistlərə açıqlamasında İran tərəfinin hələ də Vaşinqtonla razılaşma əldə etmək istədiyini və ABŞ-nin İranla danışıqları davam etdirdiyini söyləyib.

Cümə axşamı axşamı İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib ki, İran hələlik ABŞ-nin nizamlanma ilə bağlı təklifini nəzərdən keçirir. /Press Tv/