İran Qrenlandiya ilə bağlı Aİ-yə xəbərdarlıq etdi
Dünya
İran rəsmisi Avropa İttifaqına sərt açıqlama verib.
News24.az-ın məlumatına görə, polis rəisi Əhməd Rza Radan bildirib ki, əgər Avropa İttifaqı Qrenlandiyanı qoruya bilmirsə, İran bunu etməyə hazırdır.
O, çıxışı zamanı Donald Trampın Qrenlandiya ilə bağlı fikirlərinə də toxunub və Avropanı tənqid edib.
Məlumata görə, çıxış Tehran şəhərində keçirilən tədbirdə edilib.
Qeyd edək ki, Tramp daha əvvəl Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını bildirmişdi.