İran raketləri Londona qədər çata bilər

İran raketləri Londona qədər çata bilər Dünya

Tehranın Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən Britaniya-ABŞ birgə bazası istiqamətində raketlər buraxması göstərib ki, İran raketləri Londona qədər çata bilər.

News24.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, əgər Tehran buraxılış qurğularını 180 dərəcə çevirsəydi İran raketləri asanlıqla Londona düşə bilərdi.

Qeyd edək ki, İran hakimiyyəti Dieqo-Qarsiya adasındakı Britaniya-ABŞ bazası istiqamətində iki ballistik raket atdığını təsdiqləyib.