İran rəhbərliyində parçalanma - Nə baş verir?
Dünya
İran rəhbərliyində ölkəyə nəzarəti həyata keçirən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə mülki danışıqlarda iştirak edən tərəflər arasında fikir ayrılığı və parçalanma yarandığı bildirilib.
News24.az xəbər verir ki, bu barədə “Axios” Ağ Evdəki rəsmilərə istinadən məlumat yayıb.
"İran daxilində danışıqları aparan şəxslərlə hərbi qanad arasında ciddi parçalanma müşahidə olunur və tərəflərin heç biri sorğulara cavab verməyən ali rəhbərə birbaşa çıxış əldə edə bilmir", - deyə məlumatda qeyd edilib.
ABŞ rəsmilərinin qiymətləndirməsinə əsasən, fikir ayrılıqları xüsusilə İranın Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əli Laricaninin vəfatından sonra dərinləşib.
Qeyd edilib ki, o, qərarların qəbulunda vahidliyi təmin etmək üçün zəruri olan siyasi çəkisi və səlahiyyətləri ilə mühüm rol oynayırdı.
ABŞ-də hesab olunur ki, SEPAH-la mülki rəhbərlik və ali rəhbərlik arasında koordinasiyanı təmin etmək vəzifəsini daşıyan Məhəmməd Baqer Zülqədr hazırda öz funksiyalarını tam icra edə bilmir.