İran rialı dollar qarşısında rekord həddə dəyər itirib

İran rialı dollar qarşısında rekord həddə dəyər itirib Dünya
İran rialı xarici valyutalar qarşısında dəyərini daha da itirib.

News24.az xəbər verir ki, bu gün İranda valyuta mübadiləsi məntəqələrində 1 dollar 55600 riala dəyişdirilib.

Bu, İran tarixində milli valyutanın dollar qarşısında ən aşağı dəyərlərindən hesab edilir.

Qeyd edək ki, İranın pul vahidi ötən 10 il ərzində dollar qarşısında 100%- dən çox dəyər itirib.