İran XİN rəhbəri: - "Bu zülmə qarşı susmağımız mümkün deyil"

İran XİN rəhbəri: - "Bu zülmə qarşı susmağımız mümkün deyil" Dünya

"İsrailin hərbi cinayətləri dayandırılmalıdır, əks halda region yeni qərarlar qəbul etməyə yaxındır. Bu bizim bölgəmizdir, bura bizim evimizdir. Biz öz bölgəmizin və evimizin təhlükəsizliyini təmin etmək üçün hər şeyə hazırıq və heç kimdən çəkinmirik".

News24.az  xəbər verir ki, bunları Türkiyəyə səfəri zamanı həmkarı Hakan Fidanla kameralar qarşısına keçən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

İsrail və ABŞ-ı müharibəni bir an əvvəl dayandırmağa çağıran Abdullahiyan deyib: "Qadın və uşaqlara qarşı hücumlar davam edərsə, bunun nəticələri çox ağır olacaq. Bunun əvəzini çox ağır ödəyəcəklər".

Qəzzada baş verənlərə susmağımız mümkün deyil deyən Türkiyə XİN başçısı Hakan Fidan isə deyib: "İran prezidenti Türkiyəyə gələcək. Qəzzadəki vəziyyət bugünkü gündəmimizin ən mühüm mövzusu idi. Qəzzada qeyri-qanuni mühasirə davam edir. Qəzzalılar günlərdir ağır bombardmanlar altındadır. Bu zülmə qarşı susmağımız mümkün deyil. İnsanları dünyanın gözü qarşısında qətlə yetirirlər".

Aynurə