İrand danışıqlar üçün İslamabada heç kimi göndərmədi - KİV
Dünya
İran ABŞ ilə danışıqlar üçün Pakistana heç bir nümayəndə heyəti göndərməyib.
News24.az xəbər verir ki, bu barədə İranın IRIB telekanalı məlumat yayıb.
“İranın heç bir nümayəndə heyəti, nə əsas, nə də ikinci dərəcəli, İslamabada səfər etməyib və İran rəsmilərinin guya səfər etməsi, o cümlədən görüşlərin vaxtı ilə bağlı iddialar həqiqətə uyğun deyil”, – dövlət televiziyası bildirib.
Qeyd edək ki, daha əvvəl CNN İran və ABŞ arasında danışıqların ikinci raundunun 22 apreldə keçiriləcəyi barədə məlumat yayıb.