İranda 12 yaşdan yuxarılara səfərbərlik çağırışı
Dünya
SEPAH 12 yaşdan yuxarıların səfərbərliyi barədə çağırış edib.
News24.az xəbər verir ki, belə bir çağırışı SEPAH-ın rəsmisi Rəhim Nadali dövlət televiziyasında çıxışı zaanı edib. O SEPAH-ın rəhbərliyi altında başladılan "İran üçün Vətən Müdafiəçiləri" kampaniyası 12 yaşdan yuxarı könüllüləri müdafiə və logistika dəstək vəzifələrini yerinə yetirməyə çağırıb.
Nadali bütün bacarıq səviyyələrinə malik şəxslərin "İran üçün Vətən Müdafiəçiləri" kampaniyasında iştirak edə biləcəyini bildirərək deyib: "Biz bütün şəxslərin öz təcrübə və bacarıqlarına uyğun olaraq vətənin müdafiəsində rol oynaya biləcəyi bir platforma yaratmaq qərarına gəldik".
Nadali əlavə edib ki, qeydiyyatdan keçmək istəyənlərin Tehranda Bəsic ofislərinə müraciət etsinlər. "Qeydiyyatdan keçmək istəyənlər müvafiq formanı doldurub siyahıya əlavə oluna bilərlər. Bu kampaniya 12 yaşdan yuxarı könüllülər üçün açıqdır", - o vurğualyıb.//olke.az