İranda Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı - YENİ XƏBƏR
Dünya
"Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin işi üzrə hökm yaxın vaxtlarda açıqlanacaq.
News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün jurnalistlərlə görüşü zamanı bildirib.
İstintaq prosesi iki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə yekunlaşıb. Hakimin sözlərinə görə, hökm tezliklə dərc olunacaq.
O xatırladıb ki, hücumu həyata keçirən şəxsin məhkəməsi ötən şənbə günü keçirilib.
XİN nümayəndəsi sonda Azərbaycan səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümid etdiklərini vurğulayıb.
Qumral