İranda daha 2 nəfər edam edildi
Dünya
İranda “Mücahid-e Xalq” (İran Xalq Mücahidləri Təşkilatı) adlı müxalif təşkilatla əlaqədə ittiham olunan daha iki nəfər edam edilib.
News24.az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.
Onlar partlayıcı qurğular hazırlamaqda, həmçinin dövlət qurumlarına qarşı qumbaraatan vasitəsilə terror aktları törətməkdə təqsirli biliniblər.
“İranın Ali Məhkəməsi hökmü təsdiqləyib. Martın 31-i səhər saatlarında məhkumlar dar ağacından asılıb”, – deyə telekanal qeyd edib.