İranda daha 7 nəfər edam ediləcək - Adlar açıqlandı
Dünya
Sabah İranda daha yeddi üsyançı edam ediləcək.
News24.az xəbər verir ki, bu barədə "Amnesty International" beynəlxalq hüquq müdafiə təşkilatı məlumat yayıb.
Bildirilib ki, "Gezel Hesar" həbsxanasında saxlanılan yeddi siyasi məhbus barəsində çıxarılan ölüm hökmü sabah sübh tezdən icra oluna bilər. Edam ediləcəyi gözlənilənlər arasında tanınmış siyasi fəallar Vahid Bani Amrian, Əbülhəsən Müntəzir, eləcə də 2025-ci ilin sonu – 2026-cı ilin əvvəlində ölkədə baş verən etiraz dalğasının beş iştirakçısı var.
Hüquq müdafiəçiləri qeyd ediblər ki, həmin şəxslərin hamısı ədalətsiz məhkəmə prosesləri nəticəsində mühakimə olunublar. "Amnesty International"ın hesabatında bildirilib ki, məhbusların etirafları işgəncə altında və tam təcrid şəraitində alınıb, həmçinin onlar adekvat hüquqi müdafiə hüququndan məhrum ediliblər.
Təşkilat beynəlxalq ictimaiyyəti, BMT-ni və diplomatik missiyaları "edam maşınını" dayandırmaq üçün təcili müdaxilə etməyə çağırıb.