İranda daha bir gənc edam edildi - Foto
Dünya
İranda siyasi məhbus İrfan Şəkurzadə edam edilib.
News24.az xəbər verir ki, İran hakimiyyəti onu ABŞ və İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etməkdə ittiham edib.
Məlumata görə, Şəkurzadə peyk texnologiyaları sahəsində bilik və bacarıqları nəzərə alınaraq bu istiqamətdə fəaliyyət göstərən əsas elmi qurumlardan birində işə cəlb olunub.
Bildirilib ki, o, 2025-ci ilin fevralında SEPAH kəşfiyyatı tərəfindən casusluq və düşmən dövlətlərlə əməkdaşlıq ittihamı ilə saxlanılıb.
Daha sonra İrfan Şəkurzadə barəsində edam hökmü çıxarılıb və İran Ali Məhkəməsi qərarı qüvvədə saxlayıb. /Iranintl/