İranda internetsiz 47-ci gün
Dünya
İranda internet artıq 1104 saatdır ki, demək olar tamamilə kəsilib.
News24.az xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti “NetBlocks” məlumat yayıb.
Təşkilatın “X” sosial şəbəkəsində paylaşdığı məlumata görə, İranda internetin kəsilməsi artıq 47-ci gündür davam edir və ölkə 1104 saatdır beynəlxalq şəbəkədən məhrumdur.
Bu bloklama müşahidələr tarixində bütün ölkə miqyasında ən uzun internet kəsintisidir.