İranda yaşayış binalarına zərbə: 11 nəfər öldü, yaralılar var

İranda yaşayış binalarına zərbə: 11 nəfər öldü, yaralılar var Dünya

İsrail - ABŞ-nin İranın mərkəzi hissəsində yerləşən Məhallat şəhərində yaşayış binalarına endirdiyi zərbələr nəticəsində azı 11 nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi Mərkəzi vilayətin təhlükəsizlik xidmətinin rəis müavininə istinadən məlumat yayıb.

Zərbə ötən gün təxminən saat 23:00 radələrində endirilib.

Nəticədə 4 yaşayış evi tamamilə dağılıb, daha 4 ev zədələnib, əlavə olaraq 2 bina isə qismən zərər görüb.

Həlak olanlar arasında iki qadın və üç uşaq var. Daha 15 nəfər isə yaralanıb.