İrandakı universitetdə Erməni dili tədris olunacaq

İrandakı universitetdə Erməni dili tədris olunacaq Dünya
İranın “Azade Eslami” universitetində Erməni dili və Ədəbiyyatı tədris olunacaq. 

News24.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Tehranda fəaliyyət göstərən ali təhsil müəssisəsinin müvafiq bölümünə tələbələr imtahansız qəbul ediləcək. 

Bu arada, İranın Elmi Tədqiqat İnstitutunun rəhbəri Əkbər Babayi məsələ ilə bağlı ilginc açıqlama verib. 

Azsaylı xalqların öz dillərində təhsil hüququnun pozulması ittihamlarını şərh edən Ə. Babayi bildirib ki, ölkə konstitusiyasında bunu nəzərdə tutan 15-ci maddə Türk əsilli vətəndaşlara deyil, yalnız ermənilərə şamil olunur.