İrandan 400 kq uran çıxarılıb?
Dünya
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Behnam Səidi ABŞ prezidenti Donald Trampın ölkədən uranın çıxarılması ilə bağlı bəyanatını təkzib edib.
News24.az xəbər verir ki, Səidi sözügedən açıqlamanı yalan adlandırıb.
“Trampın İrandan 400 kiloqram uranın çıxarılması ilə bağlı bəyanatı siyasi "blef" və açıq yalandır”, – deyə o bildirib.
Səidi əlavə edib ki, uranın zənginləşdirilməsi hüququ, sanksiyaların tam ləğvi və ölkə aktivlərinin azad edilməsi kimi məsələlər müzakirə predmeti deyil. /İSNA/