İrandan atəşkəsin uzadılmasına CAVAB: "Hiylədir"
Dünya
“Donald Trump tərəfindən təklif olunan atəşkəsin uzadılması heç nə ifadə etmir".
News24.az xəbər verir ki, bu sözləri İran parlament sədrinin müşaviri Mehdi Mohammadi “X” sosial şəbəkə hesabında yazıb.
“Uduzan tərəf şərtləri diktə edə bilməz. Blokadanın davam etməsi bombardmandan heç nə ilə fərqlənmir və buna hərbi cavab verilməlidir. Üstəlik, Trampın təklif etdiyi atəşkəsin uzadılması, şübhəsiz ki, qəfil zərbə üçün vaxt qazanmaq məqsədilə qurulmuş bir hiylədir. İranın təşəbbüsü öz əlinə almasının vaxtı çatıb”, – deyə o qeyd edib.