İrandan Hörmüz boğazındakı gəmilərə dəstək

İrandan Hörmüz boğazındakı gəmilərə dəstək Dünya

İranın Limanlar və Dənizçilik Təşkilatı Hörmüz boğazında və region sularında hərəkət edən ticarət gəmilərinə müxtəlif xidmətlər göstərməyə hazır olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə SEPAH-ın “Telegram” kanalında məlumat yayılıb.

Təşkilatın yaydığı məlumata görə, gəmilər yanacaq, təchizat, tibbi yardım və təsdiqlənmiş təmir materialları ilə təmin oluna biləcək.

Tehran bu addımın dəniz təhlükəsizliyini və strateji keçiddə sabit gəmi hərəkətini qorumağa yönəldiyini bildirib.

Açıqlamada qeyd olunub ki, bu tədbirlər İranın liman və dənizçilik sahəsində suveren məsuliyyətləri çərçivəsində həyata keçirilir və ölkə dünyanın ən vacib dəniz marşrutlarından birində kommersiya naviqasiyasının davamlılığını dəstəkləməyə hazırdır.