İrandan növbəti cavab əməliyyatı: bu mərkəzlər hədəf seçildi

İrandan növbəti cavab əməliyyatı: bu mərkəzlər hədəf seçildi Dünya

İran ABŞ və İsrailə qarşı cavab əməliyyatının 99-cu mərhələsini həyata keçirib.

News24.az xəbər verir ki, əməliyyat çərçivəsində BƏƏ və Küveytdə bir sıra obyektlərə zərbələr endirilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, hədəfdə ABŞ-nin BƏƏ-də Cəbəl-Əli limanında Dəniz Hərbi Qüvvələrinin təmir və xidmət mərkəzi, həmçinin ABŞ ordusunun Küveytdəki Əhməd əl-Cabər bazasında toplanış məntəqəsi olub.

"Hücumlar daha artıq intensivlik və miqyasla davam edəcək", – açıqlamada bildirilir.