İranın hava sahəsi bağlandı - Səbəb
Dünya
İyulun 3-ü günorta saat ikiyə kimi İran ölkənin mərkəzi və qərb hissəsinin hava sahəsini beynəlxalaq uçuşlar üçün bağlayıb.
Axar.az xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təhlükəsizlik məsələlərindən dolayı sözügedən ərazilərin hava sahəsi bağlı olacaq.