İranın hücumları nəticəsində Hayfada neft təsisatında yanğın oldu

İranın hücumları nəticəsində Hayfada neft təsisatında yanğın oldu Dünya

İranın ballistik raket hücumları nəticəsində İsrailin Hayfa bölgəsində yerləşən “Bazan” adlı neft təsisatlarının birində yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə zavodun Təl-Əviv Fond Birjasına göndərdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, bu gün səhər İran raket hücumu zamanı içərisində benzol olan çənin damında “lokal zərər” meydana gəlib. Bununla belə, zavodda bütün istehsal obyektləri işlək vəziyyətdədir.

Bu, son bir ayda İranın İsraildə bu zavoda ikinci hücumudur. (APA)