Türkiyədə liseyə silahlı hücum edən şagird olub - Detallar AÇIQLANDI

Türkiyədə liseyə silahlı hücum edən şagird olub - Detallar AÇIQLANDI Dünya

Xəbər verdiyimiz kimi, Türkiyənin Manisa şəhərində liseyə silahlı hücum olub.

News24.az xəbər verir ki, hücumla bağlı detallar bəlli olub.

Son məlumata görə, hadisə zamanı 8 nəfər yaralanıb, bir şagird isə ölüb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Hücumdan sonra hadisə yerindən qaçan şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun həmin liseyin 9-cu sinif şagirdi H.O. olduğu müəyyənləşdirilib.