Payızın ikinci maqnit qasırğası bu tarixdə olacaq
Dünya
Payızın ikinci maqnit qasırğası sentyabrın 24-də baş verəcək.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri bildiriblər.
Qeyd olunub ki, maqnit qasırğası Günəşdə yaranan kifayət qədər böyük tac dəliyi ilə əlaqəlidir.
Bu dəlik Günəşin cənub qütbündən ekvatora doğru uzanan tünd zolaq şəklində müşahidə olunur və sentyabrın 24-də Yerə təsir edəcək.