İranın yeni təyin olunmuş səfiri - Ər-Riyada gəldi

İranın yeni təyin olunmuş səfiri - Ər-Riyada gəldi Dünya

İranın Səudiyyə Ərəbistanına yeni təyin olunmuş səfiri Əlirza Enayəti vəzifəsinin icrasına başlamaq üçün Ər-Riyada gəlib.

News24.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. 

Səudiyyə Ərəbistanının paytaxtında Enayati Səudiyyə rəsmiləri və iyunun 6-da fəaliyyətini bərpa edən İran səfirliyinin əməkdaşları tərəfindən qarşılanıb.

İranlı diplomatın Ər-Riyada getməzdən əvvəl dediyi sözlərə görə, regionun iki nüfuzlu ölkəsi olan İran və Səudiyyə Ərəbistanı birgə işləyə və uğurlu əməkdaşlıq modeli yarada biləcəklər. 

Günəş Mərd