İraq yeni prezidentini seçdi
Dünya
İraq parlamenti "Kürdüstan Vətənpərvər Birliyi" partiyasından namizəd olan Nizar Amidi ölkənin yeni prezidenti seçib.
News24.az xəbər verir ki, namizədin lehinə 227 deputat səs verib. İkinci namizəd – Mutanna Nadir səslərin 15-ni qazanıb. 7 bülleten isə etibarsız hesab edilib.
Qeyd edək ki, daha əvvəl İraqın hazırkı prezidenti Abdel Lətif Rəşidin post uğrunda mübarizədən çəkildiyi deyilib.
57 yaşlı Amidi 2022-2024-cü illərdə İraqın ətraf mühit naziri olub və 15 il prezident administrasiyasında işləyib. Müxtəlif vaxtlarda baş məsləhətçi və prezident ofisi rəhbəri vəzifələrində çalışıb.