İrəvanda partlayış - 2 ölü, 2 yaralı
Dünya
Fevralın 5-də saat 11:36 radələrində Nor Areş küçəsi 34-də yerləşən evdə partlayış baş verib. Partlayış nəticəsində çökmə baş verib, evlərə ziyan dəyib.
News24.az xəbər verir ki, dağıntılar altından 1994-cü il və 1938-ci il təvəllüdlü yaralı vətəndaşlar dağıntılar altından çıxarılaraq tibbi yardıma çatdırılıb. Saat 16:05-də isə Qayane Yeqoyan və Hayk Soqomonyanın cəsədləri dağıntılar altından çıxarılıb.
Axtarış-xilasetmə işlərində 180 xilasedici və Ermənistan Qızıl Xaç Cəmiyyətinin 15 könüllüsü iştirak edib.
Faktla bağlı cinayət işi başlanıb. Partlayışın səbəbi və digər hallar araşdırılır.