"İsa Məsih" həbs edildi
Dünya
İranın Yəzd vilayətində özünü İsa Məsih kimi təqdim edən sektanın qurucusu saxlanılıb.
News24.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayətin prokuroru Mehdi Həsənpur məlumat verib.
Onun sözlərinə görə, sektanın rəhbəri əvvəlcə Tanrı tərəfindən seçildiyini iddia edib, daha sonra isə özünü "İsa Məsih" kimi təqdim etməyə başlayıb.
O, xurafat yayaraq qeyri-adi asketik qaydalar tətbiq edib və tərəfdarlarından şəxsi maraqları üçün istifadə edib.
Prokuror bildirib ki, sektanın üzvləri Quranı yandırır, müqəddəs məkanları təhqir edir, müsəlman din xadimlərini alçaldır, həmçinin İsrailin İrana qalib gəlməsi üçün dualar oxuyurdular.
Onun sözlərinə görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sektada mühüm rol oynayan daha üç nəfər də saxlanılıb.