İsrail 13 fələstinlini azad etdi
Dünya
İsrail Ramazan ayının ilk günü aralarında biri qadın olmaqla, 13 fələstinli əsiri sərbəst buraxıb.
News24.az xəbər verir ki, azad edilən əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə Qəzza zolağına çatdırılıb.
Qeyd edək ki, İsrailin 2023-cü ilin oktyabrında başlayan hərbi əməliyyatları zamanı əsir götürülən fələstinlilər atəşkəs və əsir mübadiləsi barədə razılaşma çərçivəsində azad edilib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, əsirlər Qəzzada yerləşən xəstəxanaya aparılıb, tibbi müayinədən keçdikdən sonra ailələrinə təhvil veriliblər.
Xatırladaq ki, İsrail və HƏMAS arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində 13 oktyabr 2025-ci ildə təxminən 1700 fələstinli əsir azad edilib. Məlumata görə, israil həbsxanalarında 350-si uşaq olmaqla, 9300-dən çox fələstinli məhbus saxlanılır.