İsrail dinc sakinləri də hədəfə aldı?

İsrail dinc sakinləri də hədəfə aldı? Dünya

İsrailin Qəzza zolağında hücum xəbərdarlığından sonra bölgəni boşaldan fələstinlilərə zərbələr endirdiyi iddia edilib.

News24.az "Washington Post"-a istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağının şimalından qaçan 200-dən çox insan yaralanıb.

HƏMAS mənbələri isə zərbənin qurbanlarının sayının 70 nəfərdən çox olduğunu iddia edir. Ərazidə alov içində qalan avtomobillər və yol boyu səpələnmiş insan cəsədlərinin, eyni zamanda kiçik yaşlı uşaqların da olduğu görünür. 

Xatırladaq ki, İsrail quru əməliyyatı başlamazdan əvvəl Qəzza zolağının sakinlərini təxliyə etmək üçün 24 saat vaxt verib. Söhbət Vadi Qəzzə kəndinin şimalında yerləşən Qəzza sakinlərindən getdiyi dəqiqləşdirilib. HƏMAS da öz növbəsində bu ərazilərdəki insanları evdə qalmağa çağırıb.

Qumral