"İsrail əvvəlki "status-kvo"ya qayıda bilməz" - BAYDEN

"İsrail əvvəlki "status-kvo"ya qayıda bilməz" - BAYDEN Dünya

"ABŞ prezidenti Co Bayden bəyan edib ki, İsrail HƏMAS-la mübarizə apardıqdan sonra müharibədən əvvəlki "status-kvo"ya qayıda bilməz və münaqişənin iki dövlət əsasında həlli istiqamətində fələstinlilərlə birlikdə işləməlidir".

News24.az xəbər verir ki, bu barədə  “Timesofisrael.com” məlumat yayıb.

“Bu, HƏMAS-ın artıq İsrailə qarşı terror edə bilməməsi və fələstinli mülki şəxslərdən canlı qalxan kimi istifadə edə bilməməsi deməkdir. Bu həm də o deməkdir ki, bu böhran başa çatdıqdan sonra bundan sonra nələrin baş verəcəyinə dair bir baxış olmalıdır və bizim fikrimizcə, bu, iki dövlətli həll yolu olmalıdır. Bu, sülh yolunda dayanmaq üçün bütün tərəflərin - israillilərin, fələstinlilərin, regional tərəfdaşların, dünya liderlərinin cəmlənmiş səyləri deməkdir", - o əlavə edib.

Ayşən