"İsrail-Fələstin sülh müqaviləsi tezliklə bağlanmayacaq"

"İsrail-Fələstin sülh müqaviləsi tezliklə bağlanmayacaq" Dünya



İsraillə Fələstin tezliklə sülh sazişi bağlaya bilməyəcək.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABC televiziya kanalına müsahibəsində deyib.

"Hamı iki dövlətli həll yolundan danışır. Mənə bunun necə olacağı aydın deyil: Fələstin ordusu olmalıdırmı? İranla hərbi müqavilə imzalamalıdırlar? Şimali Koreyadan raketlər və digər silahlar idxal olunacaqmı? "Mən həmişə demişəm ki, sülh sazişi ilə bağlı gələcək hələ çox uzaqdadır", - deyə o bildirib.

Netanyahu vurğulayıb ki, İordaniya çayının qərbindəki ərazilər, o cümlədən Qəzza zolağı üzərində təhlükəsizlik nəzarəti İsrailin əlində qalmalıdır.